Bakı-APA. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İŞİD-ə qarşı İslam ölkələri koalisiyasının ilk iclası keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat verib.
Terrorizmlə mübarizəyə həsr olunan görüş martda baş tutacaq. Qeyd olunur ki, sammitin təfərrüatları barədə əlavə məlumat veriləcək.
34 İslam ölkəsini birləşdirən koalisiya ötən ilin dekabrında yaradılıb. Koalisiyaya Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən".
Qeyd olunur ki, bundan əlavə daha 10 ölkə koalisiyanı dəstəkləyir.