Kvemo Kartli qubernatoru: "Ayın sonunadək Faxralı sakini Turqay Mikayılov ailəsinə qaytarılmalıdır"

Kvemo Kartli qubernatoru: "Ayın sonunadək Faxralı sakini Turqay Mikayılov ailəsinə qaytarılmalıdır"
# 19 sentyabr 2015 21:40 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, o, azərbaycanlıların çoxluq təşkil etdiyi bölgənin qubernatoru olaraq Ermənistanın Gürcüstandakı səfiri ilə fəal şəkildə Turqay Mikayılovun vəziyyəti ilə maraqlanır: "Ermənistan səfiri mənə söz verib ki, hər gün bu məsələ ilə maraqlanacaq. Hazırda Ermənistanda T. Mikayılov məsələsi ilə bağlı iş qaldırılıb və hansısa prosedur qaydalara görə biz vətəndaşımızı vaxtında ailəsinə qaytara bilmədik. Sentyabrın 20-də məhkəmə olmalıdır. Mən onlara dedim ki, bu sənədləşdirmə işini sonra da etmək olar, çünki T. Mikayılovun ailəsinə və evinə baxan yoxdur, onlar köməksiz qalıblar. Turqay Mikayılovun məsələsində səhvlərə yol verilib".

Kvemo Kartli bölgə qubernatoru Turqay Mikayılovun günahsız olduğunu bildirib və qarşı tərəfin də bunu bildiyini vurğulayıb: "Ermənistan tərəfi artıq bilir ki, Turqay Mikayılov təsadüfən sərhədi keçib və onun heç bir məqsədi, həmçinin kiməsə ziyan vermək fikri olmayıb. Ermənistanın müəyyən idarələri artıq bundan əmindirlər. Düşünürəm ki, bu ayın sonuna kimi Turqay Mikayılov ailəsinə qaytarılmalıdır", deyə Kvemo Kartli bölgə qubernatoru bildirib.

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR