Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb

Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb
# 27 fevral 2016 14:06 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda mənzildə meyit tapılıb.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR