QMİ sədri İstanbul Fənər Rum Patriarxı ilə görüşüb

QMİ sədri İstanbul Fənər Rum Patriarxı ilə görüşüb
# 06 aprel 2016 15:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin İstanbul Fənər Rum Patriarxı I Varfolomey ilə görüşü olub.

QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə ölkəmizdəki dini azadlıq üçün yaradılan sağlam mühiti bütün dünya üçün örnək kimi dəyərləndirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti bütün region üçün təhlükə mənbəyi olaraq qalmaqdadır: “Bu münaqişə beynəlxalq hüquq normaları və sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllini tapmalıdır”.

I Varfolomey isə Azərbaycana səfəri zamanı aldığı xoş təəssüratlardan, paytaxtımız barədə maraqlı xatirələrindən bəhs edib. Patriarx Türkiyədə törədilən terror aktlarının acısından, Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğal olunması səbəbindən bölgədə baş verən hərbi münaqişənin ağır nəticələri barədə məlumatlardan çox narahatlıq keçirdiyini ifadə edib.

Görüşdə dinlər və təriqətlər arasında əlaqələrin genişləndirilməsi, münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR