FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb
# 13 iyun 2015 02:04 (UTC +04:00)

Bakı-APA. FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda "BMW" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 01:18-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR