Sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir - VİDEO

Sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 06:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur.

Bu barədə “APA-Economics”ə “Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. 28 may - Dərnəgül və 28 may - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR