PKK Türkiyə-Azərbaycan sərhədindəki gömrük-keçid məntəqəsində çalışan polislərə hücum edib, 13 polis şəhid olub - VİDEO

PKK Türkiyə-Azərbaycan sərhədindəki gömrük-keçid məntəqəsində çalışan polislərə hücum edib, 13 polis şəhid olub - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 09:11 (UTC +04:00)

Bakı – APA. Türkiyənin İğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb.

İlkin məlumata görə, 13 polis məmuru şəhid olub.

Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR