Bakı - APA-Economics. Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 50 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə respublikanın bütün regionlarından olan fermerlər, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müvafiq qurumlarının nümayəndələri iştirak edib.
May ayında kənd təsərrüfatı istehsalçılarına davamlı olaraq əlavə 100 ədəd traktor və kənd təsərrüfatı texnikalarının verilməsi nəzərdə tutulur.