Məşhur amerikalı bluz ifaçısı Bi Bi Kinq dünyasını dəyişib

Məşhur amerikalı bluz ifaçısı Bi Bi Kinq dünyasını dəyişib
# 15 may 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Amerikalı məşhur bluz ifaçısı Bi Bi Kinq (əsl adı Rayli Bi Kinq) Las-Veqasda 90 yaşında vəfat edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bluz ifaçısının vəkili bildirib ki, sənətçi ötən ay diabet xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib: “Bi Bi Kinq aprelin 8-də xəstəxanadan evə buraxılmışdı. O, bu xəstəlikdən 20 ildən çox idi, əziyyət çəkirdi”.

Qeyd edək ki, Bi Bi Kinq 1925-ci il sentyabrın 16-da Missisipi ştatında anadan olub.

“3 O'Clock Blues”, “The Thrill Is Gone”, “Every Day I Have The Blues” və digər musiqilərin ifaçısıdır. O, bir çox mükafata, o cümlədən, "Grammy"yə layiq görülüb.

Bi Bi Kinq "Dünya bluzunun kralı” təxəllüsü ilə məşhurdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR