Qazaxda dörd otaqlı ev yanıb - VİDEO

Qazaxda dörd otaqlı ev yanıb - <span style="color: red;">VİDEO
# 04 iyul 2015 14:09 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Qazaxda yaşayış evi yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Çaylı kəndində Arif Çarçıyevə məxsus evdə baş verib.

Əraziyə Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın zamanı evdə heç kəs olmayıb. Güclü alov zamanı ümumi sahəsi 140 kv. m. olan birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaların 110 kv. m. sahəsi ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR