Lənkəran sakini külli miqdarda narkotik vasitə ilə tutulub

Lənkəran sakini külli miqdarda narkotik vasitə ilə tutulub
# 04 sentyabr 2015 17:15 (UTC +04:00)

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini,1971-ci il təvəllüdlü Fərhad Zöhrab oğlun Tağıyevdən 2 kiloqram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

İstintaqa verdiyi ifadəsində F.Tağıyev narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirib. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR