Ali məktəblərə 60 minə yaxın abituriyent sənəd verib

Ali məktəblərə 60 minə yaxın abituriyent sənəd verib
# 22 aprel 2015 08:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

Bu gün saat 10:30-dək ali məktəblərə sənəd verən 58006 abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 52239-u Azərbaycan, 5767-si Rus bölməsinin məzunlarıdır.

Ərizə verən 58006 abituriyentin 22356-sı I, 15904-ü II, 15035-i III, 4711-i isə IV ixtisas qrupunda təhsil almağı seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR