DİN ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb

DİN ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb
# 15 sentyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda yaşayış evində ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də saat 12 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Minurə Yəhyayevaya məxsus evdə yanğın baş verib. Nəticədə 40 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra M. Yəhyayevanın yanmış meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR