Azərbaycanda diler və brokerlərin sayı artıb

Azərbaycanda diler və brokerlərin sayı artıb
# 08 oktyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Standard Kapital” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.

QKDK-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayının 3-ü 2014-cü il tarixində “Standard Kapital” MMC broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR