Qahirədə etirazlar zamanı 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Qahirədə etirazlar zamanı 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
# 30 noyabr 2014 02:35 (UTC +04:00)

Bakı-APA. Qahirədə etirazlar zamanı 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.

Məlumatda qeyd olunur ki, hazırda etirazçıların ölümünün təfərrüatları məlum deyil.

Bundan əvvəl Misir məhkəməsi sabiq prezident Hüsni Mübarək barəsində bəraət hökmü çıxarıb. Bu qərara etiraz əlaməti olaraq Təhrir meydanında aksiya keçirilib.

Qeyd edək ki, ötən gün Misirin keçmiş prezidenti Hüsnü Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və altı müavininin nümayişçilərin öldürülməsi və korrupsiya ittihamı ilə mühakimə olunduqları iddia üzrə məhkəmə yekun qərarını açıqlayıb.

H. Mübarəkin hər iki ittiham üzrə günahsız olduğu barədə qərar qəbul olunub. Digər günahlandırılan şəxslər də bu iddialar üzrə bəraət alıblar.

Qeyd edək ki, H. Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və onun altı köməkçisi 2011-ci ilin yanvar ayında hökumətə qarşı aksiya keçirənləri öldürmək əmri verməkdə ittiham olunurdu. Həmin aksiyalar zamanı 1400-dən çox insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR