“Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi elan olunub

“Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi elan olunub
# 03 sentyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Kaspi” qəzeti Hüseyn Cavidin yaradıcılığı ilə bağlı ədibin həyatı və irsinə həsr olunan bədii, publisistik və elmi məqalə müsabiqəsi elan edib.

APA-nın məlumatına görə, müsabiqəyə yalnız yeni və xüsusi olaraq müsabiqə üçün hazırlanmış məqalələr qəbul edilir.

Məqalələr Azərbaycan dilində elektron variantda müəlliflər tərəfindən şəxsən redaksiyaya təqdim olunmalıdır. Həcm məhdudiyyəti qoyulmur. Təqdim olunmuş əsərlər münsiflər tərəfindən dəyərləndirildikdən sonra Azərbaycan və Türk dillərində ayrıca kitab kimi nəşr olunacaq.

Birinci yer üçün 1500, ikinci yer üçün (iki mükafat) 1000, üçüncü yerə görə (üç mükafat) 700 manat, eyni zamanda hər biri 300 manat olmaqla 10 xüsusi mükafatın verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti 1 iyun-31 oktyabr tarixlərini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR