Gəncə Avtomobil Zavodunun istehsal etdiyi texnika gələn ildən xarici ölkələrə ixrac ediləcək

Gəncə Avtomobil Zavodunun istehsal etdiyi texnika gələn ildən xarici ölkələrə ixrac ediləcək
# 05 dekabr 2014 02:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gələn ildən Gəncə Avtomobil Zavodunun istehsal etdiyi texnikalar xarici ölkələrə ixrac ediləcək. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri zavodun müşahidə şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə bildirib. O qeyd edib ki, zavodun istehsalı olan 15 traktor yanvarda Qazaxıstana göndəriləcək. Bundan başqa isə X. Fətiyev 3 ay ərzində 70-ə yaxın texnikanın da Türkmənistana ixrac ediləcəyini bildirib.

“Müxtəlif ölkələrdən böyük şirkətlər bizimlə əməkdaşlıq etmək istəyirlər. Hazırda 3 xarici şirkətlə əməkdaşlıqla bağlı danışıqlar aparılır ki, yaxınlarda bu barədə açıqlama veriləcək”, deyə Xanlar Fətiyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR