SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək

SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək
# 10 dekabr 2014 08:13 (UTC +04:00)

Bakı - APA. Təhsil Nazirliyi SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçirəcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər.

Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq. Ümumilikdə qeyd olunan ixtisaslar üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.

Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR