Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan kriminal dəstə zərərsizləşdirilib

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan kriminal dəstə zərərsizləşdirilib
# 20 oktyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Mingəçevir şəhərində avtomobil oğurluğu ilə məşğul olan dəstə tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr-oktyabr aylarında müxtəlif vaxtlarda R. Qoçuyevə, N. Mehdiyevə, R. İsmaylova və F. İmaməliyevə məxsus “VAZ” markalı avtomobilləri qaçırmış Göygöl rayon sakinləri Mixail Koço, Tural Misirov, Mingəçevir şəhər sakinləri Məhəmməd Abbasov və Samir Xəlilov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR