Musa Pənahov: “İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə məşğul olan şirkətlərlə problemlər yaşandı”

Musa Pənahov: “İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə məşğul olan şirkətlərlə problemlər yaşandı”
# 17 sentyabr 2014 09:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə əlaqədar ilk müqavilədə bağladığımı şirkətlərlə problemlər yaşandı və onlar bu layihəni sona çatdırmadılar. Hazırda bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə danışıqları yekunlaşdırılır”.

APA-Economics”in məlumatına görə, bu haqda nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M. Pənahov qeyd edib ki, ictimai nəqliyyatda elektron ödəniş sistemi tam tətbiq olunacaq. “Biz bu layihəni 6 ay müddətində, təqribən gələn ilin 1 mart tarixinə qədər yekunlaşdırmağı nəzərdə tuturuq", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR