Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralını təbrik edib

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralını təbrik edib
# 22 sentyabr 2014 15:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA – nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, əziz qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq arzulayıram”.

Azərbaycan prezidenti həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. “Əlahəzrət, əziz qardaşım, ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə dövlət başçısının məktubunda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR