Bakı – APA. “Telekom” voleybol klubunu yeni mövsümdə çalışdıracaq məşqçilər korpusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt komandasının “sükanı” Eldar Yusubova həvalə olunub.
Daha doğrusu, gənc mütəxəssis bu klubda başladığı işi davam etdirəcək. Onun qarşısına yenə də əsas komanda – “Rabitə”yə voleybolçular yetişdirmək tapşırığı qoyulub.
Yusubova Pərviz Səmədovla Ziya Rəcəbov köməklik edəcəklər.
Qeyd edək ki, Yusubov bu postda Vasif Talıbovu əvəzləyib. O, ötən mövsüm “Telekom”dan “Rabitə”yə “transfer” olunaraq, bu komanda ilə Super Liqanın qızıl və Çempionlar Liqasının bürünc medalını qazanıb.
“Telekom” voleybol klubunun baş məşqçisi müəyyənləşib
14 avqust 2014 09:59 (UTC +04:00)