“Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyənləşib

“Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyənləşib
# 12 sentyabr 2014 13:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyənləşib.

APA - nın “Eurovision”un rəsmi saytına istinadən verdiyi məlumata görə, builki müsabiqə “Körpülər salmaqla” (“Building Bridges”) şüarı altında keçiriləcək.

Şüarın mahiyyəti barədə açıqlama verən müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, şüar 1956-cı ildən keçirilən yarışmanın mahiyyətini tam izah edir: “Biz inanırıq ki, avstriyalı həmkarlarımızla birgə növbəti 8 ayda ən böyük körpümüzü yaradacağıq”.

Təşkilatçı qeyd edib ki, builki müsabiqə II Dünya Müharibəsinin bitməsinin 70 illiyinə təsadüf etdiyi üçün yarışma xüsusi təntənə ilə təşkil olunacaq: “Bu həm də Avropa xalqlarının bir-biri ilə mehribanlığını təcəssüm etdirir”.

Qeyd edək ki, yarışmanın I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR