ABŞ Qərbi Avropa ölkələrində casusluq əməliyyatlarını dayandırıb

ABŞ Qərbi Avropa ölkələrində casusluq əməliyyatlarını dayandırıb
# 20 sentyabr 2014 10:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Qərbi Avropa ölkələrində casusluq əməliyyatlarını dayandırıb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu “Associated Press”ə MKİ-dəki mənbələrdən bildiriblər.

Qeyd olunub ki, müttəfiqləri izləməyin nə qədər səmərəli olduğunu başa düşmək üçün rəhbərlik “fasilə” elan edib.

Məlumata görə, MKİ rəhbərliyinin məxfi direktivində bildirilir ki, bundan sonra qeyri-müəyyən müddətdə müttəfiq Qərbi Avropa ölkələrində casusluq əməliyyatları aparmaq, hökumətdəki mənbələrlə görüşmək, o cümlədən yeni agentlərin işə cəlb olunması qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR