Kürdəmirdə Gürcüstan vətəndaşı idarə etdiyi maşınla piyadanı vurub

Kürdəmirdə Gürcüstan vətəndaşı idarə etdiyi maşınla piyadanı vurub
# 25 noyabr 2014 14:54 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misavişlinin idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən özünə məxsus minik avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən piyada sürücünü, Mingəçevirdə məskunlaşan Ağdam sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı təcili olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlər onun həyatını xilas edib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR