Misirdə avtobus yük avtomobili ilə toqquşub, 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Misirdə avtobus yük avtomobili ilə toqquşub, 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 17 sentyabr 2014 23:41 (UTC +04:00)

Bakı – APA. Misirdə turist avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi paytaxt Qahirədən 500 km cənubda, Hurqada və Safaqa kurort şəhərlərini birləşdirən yolda baş verib.

Xəsarət alanlardan 18-in Rusiya vətəndaşı olduğu bildirilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR