FHN Akademiyasının kursantlarının buraxılışı keçirilib - FOTOSESSİYA - VİDEO

 FHN Akademiyasının kursantlarının buraxılışı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 09:58 (UTC +04:00)

APA-nın məlumatına görə, akademiyanın rəhbərliyi və kursantlar əvvəlcə Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanın ziyarət ediblər, məzarlara gül-çiçək dəstələri düzüblər. Sonra onlar Dövlət Bayrağı Meydanında olublar.

Kursantların buraxılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev və FHN-in müvafiq strukturlarının rəhbərləri, məzunların valideynləri iştirak edib.

Mərasimdə çıxış edən akademiyanın rəisi, general-mayor Pənah Süleymanov xatırladıb ki, FHN Akademiyası Azərbaycan prezidentinin 2 iyul 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. O deyib ki, bu xüsusi təyinatlı təhsil müəssisəsində yüksək şərait yaradılıb və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir: “Bu gün biz FHN üçün müasir tələblərə uyğun ali təhsilli, ixtisaslı kadrlar hazırlayırıq. Akademiyada təhsil Boloniya prosesinə uyğun qurulub”.

Akademiyanı fərqlənmə ilə bitirmiş kursant Sənan Nəsirli isə çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bəyan edib.

Məzunları və onların valideynlərini təbrik edən nazir Kəmaləddin Heydərov isə bildirib ki, bu gün məzun olan kursantlar akademiyada ali təhsil almaqla yanaşı, vətəninə, dövlətinə sadiq insan kimi yetişiblər. Təhsil müddətində onlar eyni zamanda əsgəri xidmətlərini keçiblər. Səkkiz il əvvəl yaradılmış Azərbaycan FHN-in bu gün böyük imkanlara malik olduğunu söyləyən nazir hazırda 8 regional mərkəzin maddi-texniki bazasının Bakıdakı kimi olduğunu deyib: “Bizim bu gün istifadəmizdə olan maşınlar və texnikalar bütün hadisələri aradan qaldırmağa imkan verir”.

Nazir kursantlara tövsiyələrini də verib: “Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz. Bu gün Azərbaycanda böyük regional layihələr reallaşdırılır. Onların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür”.

Nazir daha sonra akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplom və leytenant paqonları təqdim edib.

Kursantlar diplomları aldıqdan sonra təntənəli marşla keçid ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR