Bakıda oğurluq edən 19 yaşlı qız saxlanılıb

Bakıda oğurluq edən 19 yaşlı qız saxlanılıb
# 18 noyabr 2014 09:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində oğurluq edən qız həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR