Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 07 avqust 2014 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində təmir işlərinin aparılması və qaz şəbəkəsində quraşdırılmış qaztənzimləyici qurğuların mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 17:00-dək Abşeron, saat 18:00-dək Sabunçu, saat 20:00-dək isə Şəmkir rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR