Çaylardakı mövcud vəziyyət açıqlanıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb
# 08 avqust 2014 15:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 49 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Bankədə 6 sm artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR