ARDNŞ gələn ilin ilk rübündə “Ümid-Babək” yataqlar blokunun işlənilməsi ilə bağlı təklifləri nəzərdən keçirəcək

ARDNŞ gələn ilin ilk rübündə “Ümid-Babək” yataqlar blokunun işlənilməsi ilə bağlı təklifləri nəzərdən keçirəcək
# 08 dekabr 2014 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ilin martında “Ümid-Babək” yataqlar blokunun işlənilməsi ilə bağlı digər şirkətlərin təkliflərini nəzərdən keçirəcək.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

“Hazırda biz sözügedən yataqlar blokunun işlənilməsi ilə bağlı təkliflərin qəbulunu davam etdiririk. Gələn milin martından etibarən biz bu təklifləri nəzərdən keçirməyi planlaşdırırıq”, - deyə R. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR