Ceyson Kats: “Azərbaycanda ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub”

Ceyson Kats: “Azərbaycanda ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub”
# 01 noyabr 2015 18:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Tool Shed Group”un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

O qeyd edib ki, təşkilatçılıq baxımından işlər yüksək səviyyədə görülüb: “İnsanlar seçkilərə yüksək səviyyədə hazırlaşıblar. Onlar seçki haqqında yaxşı məlumatlandırılmışdı. Hesab edirəm ki, ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub. Bu seçkilər azad və şəffaf keçib”.


İsraildən olan müşahidəçi Arye Qut də Azərbaycanda parlament seçkilərinin şəffaf keçdiyini bildirib: “Azərbaycanda seçkilər çox demokratik keçib. İnsanlar özlərini çox rahat hiss edirdi. Hesab edirəm ki, Azərbaycanda ağır ritorikaya baxmayaraq, seçkilər şəffaf keçdi. Düşünürəm ki, ABŞ və Avropada başlayan anti-rikorikaya fikir vermək lazım deyil, Azərbaycan daxilən güclü olmalıdır. Azərbaycan öz yolunu davam etməlidir. Seçkilərdə heç bir təzyiq olmadı. Bu seçki Azərbaycanın demokratiya yolunda atılan ən uğurlu addımlardan bir idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR