Göyçayda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 22:01 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 00-30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

Göyçayın Ləkçiplaq kənd sakini, 1940-ci il təvəllüdlü Vidadi Mustafayev idarə etdiyi “99 GZ 680” dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçay rayonunun Mırtı kəndi sakini, 1983-cü il təvəllüdlü Nuriyev Sahib Həmzə oğlunu vurub.

S.Nuriyev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR