Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb
# 23 noyabr 2015 08:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Cəmşid Əliyev tutulub.

Binəqədi rayon 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Ramin Rəcəbov yaxalanıb.

Səbail rayon 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Əliyar Qurbanov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR