Gürcüstanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub

Gürcüstanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub
# 12 fevral 2016 00:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Fevralın 11-də Tiflisdəki İran İslam Respublikasının səfirliyinin təşkilatçılığı ilə ölkənin milli bayramı-İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri İranın Gürcüstandakı səfiri Abbas Talebifar açaraq İslam İnqilabının tarixindən söhbət açaraq, qeyd edib ki, İran həmişə Gürcüstanın dostu olub və onun ərazi bütövlüyünü tanıyıb, indən belə də onun yanında olacaq.

Sonra Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya şıxış edərək İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə ürək sözlərini və təbrikini söyləyib.

Bayram tədbirində Gürcüstan parlamentinin sədri David Usupaşvili, digər nazirlər, diplomatik korpus nümayəndələri, Kvemo Kartli bölgə qubernatoru, gürcü və müsəlman din xadimləri, müxtəlif QHT rəhbərləri, jurnalistlər iştirak ediblər.

Sonda bayram süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR