Əbülfəs Qarayev 4 ölkənin səfirini qəbul edib

Əbülfəs Qarayev 4 ölkənin səfirini qəbul edib
# 22 yanvar 2016 12:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Belarus səfiri Gennadiy Axramoviç, İsrail səfiri Dan Stav, Macarıstan səfiri İmre Laslotski və İndoneziya səfiri Prayono Atiyantonu qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri, ölkələr arasında formalaşmış mövcud münasibətlər təhlil edilib və bu əlaqələrin daha dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək, turizm sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı turist səfərlərinin artımına nail olunması istiqamətində birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd edilib.

Səfirlər Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR