Dövlət Komissiyası qalıqları ailələrinə təhvil veriləcək itkinlərə dair məlumatı açıqlayıb

Dövlət Komissiyası qalıqları ailələrinə təhvil veriləcək itkinlərə dair məlumatı açıqlayıb
# 30 aprel 2024 12:26 (UTC +04:00)

Beyləqanın Peyğəmbəri qəbiristanlığında basdırılmış və artıq şəxsiyyəti müəyyənləşdirilmiş 10 nəfərin, Edilli, Daşaltı və Sarıcalı kəndlərində kütləvi məzarlıqlarda aşkarlanmış 9 nəfərin qalıqları həmin ərazidən götürülüb.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, ilkin olaraq onların ailəsinə təhvil verilməsi prosesi həyata keçiriləcək: “Daha sonra naməlum məzarlardan tapılan meyit qalıqları ailələrinə təhvil veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR