Azərbaycan ÜDM 3,3% azalıb

Azərbaycan ÜDM 3,3% azalıb
# 19 fevral 2016 14:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4 mlrd. 11,2 mln. manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3% az ümumi daxili məhsul istehsal edilib.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olub.

Əlavə dəyərin 37,3%-i sənayedə, 10,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2%-i informasiya və rabitə, 20,0%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR