Azərbaycanlı deputat AŞPA komitəsinin baş məruzəçisi seçilib

Azərbaycanlı deputat AŞPA komitəsinin baş məruzəçisi seçilib
# 19 aprel 2016 16:49 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Bərabərlik və qeyri-ayrıseçkilik üzrə Komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova yenidən Komitənin Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi seçilib.

Qeyd edək ki, azərbaycanlı millət vəkili eyni zamanda AŞPA-da Zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi koordinatoru kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR