2020-ci ildə Azərbaycanda “Euro-5” standartına uyğun benzin istehsalı mümkün olacaq

2020-ci ildə Azərbaycanda “Euro-5” standartına uyğun benzin istehsalı mümkün olacaq
# 02 dekabr 2015 08:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernizasiya işlərinə başlanılacaq.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi çərçivəsində keçirilən konfransda Neft-Qaz və Neft-Kimya Kompleksinin (OGPC) direktor müavini Emil Alxaslı bildirib.

Onun sözlərinə görə, plana əsasən 2019-cu ilin ikinci rübündə zavodda “Euro-5” ekoliji standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq: “Zavodda “Euro-5” ekoloji standartlarında benzin istehsalı isə 2020-ci ilin ikinci rübündə mümkün olacaq”.

O bildirib ki, zavodda quraşdırılacaq yeni bitum qurğusundan bitum istehsalına isə 2018-ci ildə başlanılacaq: “Modernizasiyadan sonra zavodda istehsal olunacaq avtomobil benzinin həcmi ildə 2,2 mln. ton, dizel yanacağının həcmi ildə 3 mln. ton, kerosinin həcmi isə 1 mln. ton təşkil edəcək”.

E. Alxaslı deyib ki, zavodda istehsal olunacaq neft məhsullarının 37%-i dizel yanacağının, 25%-i avtomobil benzinin, 13 %-i kerosinin, 25%-i isə digər neft məhsullarının payına düşəcək: “Bu layihənin həyata keçirilməsi ilk növbədə 15-20 il ərzində avtomobil benzininə olan daxili tələbatın ödənilməsini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR