İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb
# 29 dekabr 2015 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 000 manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.

Xəbər verdiyimiz kimi, dövlət tərəfindən ayrılmış 15000 manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR