Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanıb

Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanıb
# 28 oktyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 26-da Zirə qəsəbəsində əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Telman Məmmədov mübahisə zəminində 1978-ci il təvəllüdlü Şirməmməd Qafarova bıçaq xəsarəti yetirdiyinə görə saxlanılıb.

Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 13-də Binə qəsəbəsində Qalib Rəhimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tofiq İmanov tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 23-də A.Neymətulla küçəsində xuliqanlıq zəminində 1998-ci il təvəllüdlü Emin Qasımova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əlisəfa Tağıyev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR