Cəlilabadda 6 otaqlı ev yanıb

Cəlilabadda 6 otaqlı ev yanıb
# 18 aprel 2016 05:54 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Şabanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evə bitişik olan tövlə yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR