Azərbaycanda daimi və müvəqqəti işlə təmin olunan məcburi köçkünlərin sayı açıqlanıb

Azərbaycanda daimi və müvəqqəti işlə təmin olunan məcburi köçkünlərin sayı açıqlanıb
# 23 oktyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda son 11 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib.

APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqladığı hesabatda əksini tapıb.

Bu müddət ərzində 4340 nəfərə işsiz statusu verilib, 2716 nəfər peşə hazırlığı kurslarına, 1901 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 11 min nəfərdən çox məcburi köçkünə isə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR