Ümid Partiyasının sədr müavini Ramin Hacılı şəxsi problemləri ilə əlaqədar Azərbaycanı tərk edib

Ümid Partiyasının sədr müavini Ramin Hacılı şəxsi problemləri ilə əlaqədar Azərbaycanı tərk edib
# 26 oktyabr 2015 13:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ümid Partiyasının sədr müavini Ramin Hacılı tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də APA-ya açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb.

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR