Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub
# 28 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Erol Bayramovun sinəsindən yumruqla vurub mobil telefonunu alıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Həsənov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 1-də Bül-Bül prospektində Yardımlı rayon sakini Elgün Ağayevə məxsus «Ford-Transit» markalı avtomobildən mobil telefon oğurlayıb.

Bundan əlavə, onun digər dələduzluq cinayətlərinin də üstü açılıb. Belə ki, V.Həsənov sentyabrın 5-də D.Əliyeva küçəsində Ayxan Qarayevin, sentyabrın 7-də S.Rüstəm küçəsində Rəsul Dinlerin, sentyabrın 10-da Kiçik dəniz küçəsində Eldar Cahangirbəyovun, sentyabrın 9-da İbrahim Məmmədovun, sentyabrın 10-da Yaşar Cabbarovun, sentyabrın 22-də Sadiq Quliyevin, sentyabrın 23-də Azadlıq prospektində Səbuhi Cəfərlinin, avqustun 10-da Nizami küçəsində Orxan Mikayıllının etibarından sui- istifadə edərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR