Sabiq Abdullayev: "İlin sonunadək 200 yaxın beynəlxalq standart tərtib olunacaq" - FOTOSESSİYA

Sabiq Abdullayev: "İlin sonunadək 200 yaxın beynəlxalq standart tərtib olunacaq"  - <span style="color: red;">FOTOSESSİYA
# 14 oktyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 14 oktyabr - Beynəlxalq standartlaşdırma günü münasibətilə Bakıda "Standartlaşdırma və Sertifikatlaşdırmanın iqtisadiyyatın inkişafında rolu: Yeni tendensiyalar" mövzusunda tədbir keçirib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib ki, standartların tətbiqi ölkələrin inkişafına və tərəqqisinə böyük yardım edir: "Bu gün Azərbaycan beynəlxalq standartları tətbiq edir və bu beynəlxalq standartlardan geniş istifadə edir. Standartların tətbiqi Azərbaycanda istehsal olunan məhsulların rəqabət yaratması ilə yanaşı dünya bazarlarına çıxmasına yardım edir. İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s. ibarətdir”.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev qeyd edib ki, Azərbaycanda son illər aparılan mühüm işlərdən biri də ölkədə keyfiyyət infrastrukturunun yaxşılaşdırılması və iqtisadiyyatın tələbləri nəzərə alınaraq ölkədə keyfiyyətli məhsulların istehsal edilməsidir. S. Abdullayev bildirib ki, standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır: "Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan akkreditasiya, metrologiya, qida məhsulları, sənaye məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, ekologiya, tikinti materialları sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi artıq İSO-nun güzgü komitələridir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır".

Direktor vurğulayıb ki, son illər ərzində bir neçə texniki komitələr yaradılıb ki, onlar ölkədə iqtisadi şəraitin daha da yaxşılaşdırılmasına, ölkədə istehsal olunan məhsulların daha keyfiyyətli olmasına və ölkədə rəqabətliliyin artırılmasına xidmət edir.

S. Abdullayev qeyd edib ki, bu il ərzində 23 yeni standart dövlət qeydiyyatına alınıb: “Bunların sırasında “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları”, “Alkoqolsuz tonuslandırıcı ickilər”, “Profillənmiş fibrosement lövhələr və fitinqlər”. “Məhsulun spesifikasiyası və sınaq metodları”, “Məişət xidmətləri. Kimyəvi Təmizləmə”, “Güc trannsfarmatorları” və sairləri göstərmək olar.

İlin sonuna qədər Azərbaycanda müxtəlif sahələri əhatə edən 200 yaxın beynəlxalq standart tərtib olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR