Dərman istehsalı ilə məşğul olan şirkətlər qarşısında yeni tələblər qoyulub

Dərman istehsalı ilə məşğul olan şirkətlər qarşısında yeni tələblər qoyulub
# 07 oktyabr 2016 13:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 8-ci hissəsinə əsasən, Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq prioritet inkişaf sahələri üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə strateji planı" təsdiqlənib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə təşkili Etibarlı İstehsalat Praktikasının (Good Manufacturing Practice - GMP) tələbləri əsasında aparılır. Tələblər dərman vasitələrinin istehsalının bütün mərhələlərini tənzimləyir. GMP-nin meydana çıxma tarixi 1963-cü il ABŞ-dan başlayır. Bu sahədə ilk beynəlxalq sənəd isə 1968-ci ildə Ümumdunya Səhiyyə Təşkilatı mütəxəssisləri tərəfindən hazırlanıb.

Azərbaycanda əczaçılıq sektorunda tənzimləyici qurumu olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində cari ildən başlayaraq illik GMP təftişi həyata keçirilməyə başlanıb. Belə ki, son dörd ay ərzində müxtəlif ölkələrin 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğun təftişi aparılıb. Bununla yanaşı sözügedən yoxlamaları həyata keçirən mütəxəssislərin peşəkarlıq səviyyəsi daha da artırılıb və bu sahəyə yeni kadrlar cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR