İqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı açıqlanıb

İqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı açıqlanıb
# 29 fevral 2016 08:55 (UTC +04:00)

Bak - APA-Economics. Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin fevral ayının 1-ə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində bu göstərici 155,6, mədənçıxarma sənayesində 150,1, emal sənayesində 150,7, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 153,3, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 155,5, tikinti sektorunda 157,3, ticarət sahəsində 161,4, nəqliyyat və anbar təsərrüfatı sahəsində 148,7, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 153,1, informasiya və rabitə sektorunda 153,8, maliyyə və sığorta fəaliyyəti sahəsində 156,3, daşınmaz əmlakla əlaqədar əməliyyatlar 153, peşə, elmi və texniki fəaliyyət növləri üzrə 153,9, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində 153,2, sosial təminat sahəsində 154,5, təhsil sektorunda 151,2, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 148,9, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət üzrə 152,7 təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR