Siyəzəndə yük avtomobili 54 yaşlı qadını vurub

Siyəzəndə yük avtomobili 54 yaşlı qadını vurub
# 30 mart 2016 20:38 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün axşam saatlarında Siyəzən rayonunun Yenikənd yaşayış massivi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Şabran rayon sakini Məlikov Adil Firuz oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili piyada, Siyəzən rayon sakini, 1962-ci il təvəllüdlü İsrafilova Nailə Həsən qızını vurub.

Nəticədə 54 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın sürücünün ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR